Rusiya qoşunları Çernobıl AES-i tərk edəcək
Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasını (AES) tərk etmək niyyətlərini stansiyanın ukraynalı heyətinə bəyan ediblər. Rusiya hərbçiləri həmçinin, peyk şəhəri Slavutiç şəhərini tərk etməyə hazırlaşır.
Yenixeber.org: Məlumata görə, Slavutiç şəhərini mühasirədə saxlayan Belarusa doğru hərəkət etmək üçün hazırda Rusiya hərbçilərinin konvoyunun formalaşdırıldığına dair sübutlar da var. (UNİAN)