Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna Silahlı Qüvvələri: -Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçiriblər, heyət girov saxlanılır

Ukrayna Silahlı Qüvvələri: Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçiriblər, heyət girov saxlanılır

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova feysbuk səhifəsində məlumat verib.

"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", - Şevtsova bildirib.

Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak məlumatı təsdiqləyib.

“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”, - o deyib. M.Podolyakın sözlərinə görə, hazırda stansiya təhlükədədir, təxribat riski var.

"Ağır döyüşdən sonra Çernobıl sahəsinə nəzarətimiz itirildi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması vəziyyəti məlum deyil. Rusların bu istiqamətdə tamamilə mənasız hücumundan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün bu gün ən ciddi təhlükələrdən biridir. Rusların vərdişlərini bilərək deyirəm , onlar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”, - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam