Putinin köməkçisi Ukraynanın təkliflərini konstruktiv adlandırıb
Ukraynanın təklifləri kompromisə doğru konstruktiv addımdır.
Yenixeber.org: Moskva müxbirimiz xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
O, Rusiyanın Ukraynanın təkliflərini nəzərdən keçirəcəyini vurğulayıb: “Bu, heç bir halda müqavilənin müddəası deyil. Bunlar Ukrayna tərəfinin təklifləridir, biz bunu kompromis əldə etmək üçün konstruktiv addım hesab edirik. Həmin təkliflər Rusiya tərəfindən nəzərdən keçiriləcək və müvafiq cavab veriləcək”.(apa)