Rusiya bütün konstruktiv təkliflərə baxır-RƏSMİ
Rusiya Ukrayna ilə bağlı ölkələrin təklif etdiyi vasitəçilikdən heç vaxt imtina etməyib. Hesab edirik, vasitəçilik təklif edən ölkələr ötən səkkiz il ərzində öz nüfuzlarından istifadə edib Kiyev rejiminə öz öhdəliklərini yerinə yetirməklə bağlı təsir edə bilərdilər.
Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?" sualına cavabında deyib:
"İndi biz bütün konstruktiv təkliflərə baxırıq. Hansısa nəticələrə gətirib çıxaracaq faydalı təşəbbüslərə reaksiya veririk. Digər tərəfdən, görüş naminə görüş, təşəbbüs naminə təşəbbüs variant deyil. Ona görə də, konstruktiv olan təkliflərə baxacağıq. Bununla belə, biz diplomatik nizamlanmaya kömək etməyə hazır olan hər kəsə minnətdarıq".