Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kreml Nazarbayevin Putinlə Zelenskini görüşdürmək təklifinə “yox” demədi

Kreml Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin Moskva ilə Kiyev arasında münasibətlər yaratmaq istəyini yüksək qiymətləndirir.

Yenixeber.org: Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov vurğulayıb ki, Rusiya lideri heç vaxt Zelenski ilə görüşdən imtina etməyib, amma indi hamı diqqətini "Normand formatı"nın hazırlanmasına yönəldib.

“Rusiya lideri hesab edir ki, görüş xatirinə görüş az fayda gətirəcək və o, yaxşı hazırlanmalıdır. Bununla əlaqədar olaraq, hazırda biz hamımız "Normand formatı" proseslərinin hazırlığına konsentrasiya olunmuşuq. Bunun üçün təbii ki, tərəflər Minskdə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirilməlidirlər”, - deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, Putin hər zaman Kiyevlə Moskva arasındakı münasibətlərin canlandırılmasının və onların normal səviyyəyə qayıtmasının tərəfdarı olub.

Xatırladaq ki, daha əvvəl Nazarbayev Qazaxıstanda Vladimir Putinlə Vladimir Zelenski arasında görüş keçirilməsini təklif edib. O bildirib ki, Ukrayna lideri artıq "neytral platformada" danışıqlara razılıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam