Bayden və Si Cinpin Ukraynanı müzakirə edib
ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub.
Yenixeber.org: Bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.
“ABŞ Çinlə birlikdə bütün dünyada sülhün təmin olunması üçün məsuliyyət daşımalıdır”, - Si Cinpin telefon danışığı zamanı deyib.
O, Ukraynadakı vəziyyəti arzuolunmaz adlandırıb.