Baş nazir:"Bu günədək Ukraynadan Azərbaycana 9 246 nəfər təxliyə edilib"
“Qonşu ölkələrdə cərayan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsi məsələsi diqqət mərkəzindədir”.
Yenixeber.org: Bu fikirləri Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı təxirəsalınmaz tədbirlər görülür: "Bu gün səhər saatlarına olan məlumata görə, 9 246 nəfər Ukraynada yaşayan vətəndaşlarımız təxliyə edilib. Proses hazırda davam etdirilir".