Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Azərbaycan həmkarlar ittifaqları“YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb

 

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

Yenixeber.org: Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir. Bu, cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.

Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına ianələr edirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən müxtəlif vaxtlarda Fondun hesabına 608 870 manat vəsait köçürülüb.

Bu işlərin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam