Çernobıl AES-ə elektrik enerjisinin verilməsi bərpa edilib-AÇIQLAMA
Çernobıl AES-də enerji təchizatı bərpa edilib. Bu istifadə olunmuş nüvə qurğularının soyutma sistemlərinin normal işləməsinə imkan verəcək.
Yenixeber.org: Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.
“NPC Ukrenergo mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində Çernobıl AES-in enerji təchizatını bərpa etmək mümkün olub. Ukraynalı energetiklərimiz öz sağlamlıqlarını və həyatlarını riskə ataraq, bütün Avropanı təhdid edən mümkün nüvə fəlakəti riskini yayındıra bildilər”, - Qaluşenko bildirib.