Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

““Metsamor” partlamağa hazır nüvə bombasıdır” - Dünyanı Çernobıldan daha dəhşətli faciə gözləyir

““Metsamor” partlamağa hazır nüvə bombasıdır” -  Dünyanı Çernobıldan daha dəhşətli faciə gözləyir

"1986-cı il 26 aprel tarixində Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş fəlakət bu gün də unudulmur. Bu qəzadan bir çox dövlətlər lazımi nəticə çıxarsa da, Ermənistan hələ də həm özünü, həm də digər region ölkələrini təhlükə altında saxlamaqdadır. Məsələ ondadır ki, bu ölkədə fəaliyyət göstərən Metsamor AES hazırda regionu ikinci bir Çernobıl fəlakəti ilə üz-üzə qoyur".

Yenixeber.org: Bu barədə Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, region ölkələri Metsamor AES-lə bağlı Ermənistana ciddi təzyiq etməlidir:

“Metsamor AES hazırda partlamağa hazır, lakin vaxtı bilinməyən bir nüvə bombası kimi bir şeydir. Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın nələrə səbəb olduğunu yaxşı bilirik. Vaxtilə SSRİ bu problemi düzgün qiymətləndirsə idi, bəlkə də belə bir hadisə baş verməzdi. Eynilə bu gün bütün region ölkələri böyründəki potensial fəlakətin qarşısını almalıdır. Ermənistan həm region, həm də özü üçün potensial təhlükə olan Metsamor AES-i bağlamalıdır.

Bu AES-in əksər qurğuları SSRİ dövründən qalmadır və istismar müddəti çoxdan başa çatıb. Bu gün rəsmi İrəvan Metsamor AES-in probemlərini bilə-bilə digər ölkələrdən gizlədir. Bu isə öz növbəsində regionumuzu hər an yeni bir Çernobıl faciəsi ilə üz-üzə qoyur. Düşünün, bu gün Metsamor AES-də baş verəcək Çernobıl bənzəri bir fəlakət Ermənistanı Yer üzündən silə, Gürcüstan, Türkiyə, Azərbaycan ərazisindən başqa, atmosferinə də ciddi ziyan vura bilər. Metsamor AES ciddi eko-siyasi problemdir və ən qısa müddət ərzində həll edilməlidir”. (axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam