Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hollandiya Kiyevə 200 "Stinger" -zenit-raket kompleksi göndərir

Hollandiya Kiyevə  200 "Stinger"  zenit-raket kompleksi göndərir 
Hollandiya qısa müddətdə Ukraynaya 200 “Stinger” zenit-raket kompleksi göndərəcək.
Yenixeber.org:  Bu barədə xarici KİV Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu qərar Kiyevin Hollandiyaya hərbi yardımla bağlı müraciətinə cavab olaraq verilib.

"Stinger" amerikanın insanların rahat şəkildə daşıya biləcəyi və alçaqdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş zenit-raket sistemidir. Raket infraqırmızı nişanalmaya malikdir və 0,5-5 kilometr məsafədə təyyarə və helikopterlərə qarşı istifadə oluna bilər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam