"Düşməni harada görsəniz, dayandırın!" -Zelenski xalqa çağırış etdi
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa çağırış edib.
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb. O, ukraynalıları maksimum təmkin nümayiş etdirməyə və bir-birini dəstəkləməyə, həmçinin “düşməni harada görsəniz dayandırmağa” çağırıb.
- Bu gün xalqımızın maksimum dözümlülük nümayiş etdirməsi, bir-birini dəstəkləməsi çox vacibdir. Ailənizə, dostlarınıza diqqət yetirin, eyni zamanda yanınızda olan insanları da unutmayın. Tənhaları, yaşlıları unutmayın. Ərzaqlarla kömək edin. Hava hücumu xəbərdarlığı olan zaman onlara sığınacaq tapmaqda kömək edin. Düşməni harada görürsünüzsə, dayandırın! - Zelenski deyib.
O qeyd edib ki, Ukraynanın taleyi yalnız ukraynalılardan asılıdır, çünki "həyatımızı bizdən başqa heç kim idarə etməyəcək".
- Biz öz torpağımızdayıq, həqiqət arxamızdadır. Xarakterimizi məhv etmək mümkün olmayacaq. "Kalibr" raketləri azadlıq qarşısında acizdir, - prezident müraciətində deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".
Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçilərinin bir sıra Ukrayna ərazilərinə daxil olduğu bildirilir. Artıq iki gündür ki, Ukrayananın əksər bölgələrində döyüşlər gedir.