Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Türkiyə yaxın mənzilli zenit-raket kompleksini də təqdim etdi - VİDEO

 

                  Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.
Yenixeber.org: Bu, SUNGUR yaxın mənzilli zenit-raket kompleksidir. "Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin  başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.
Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək. "Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb. Videogörüntülərə əsasən SUNGUR yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb.
Bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan "Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.
Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə SUNGUR komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV "yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.
Qeyd edək ki, SUNGUR yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan "OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş variant) gələcəkdə əvəz etmək üçün ideal vasitədir.
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam