Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"Azərbaycanla əlaqələrimiz gücləndirilib” -ABŞ rəsmisi

"Azərbaycanla əlaqələrimiz gücləndirilib”  - ABŞ rəsmisi
"Biz Azərbaycana Kabil Hava Limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəkləməsinə görə təşəkkür edirik".
Yenixeber.org: Bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə videomüraciətdə deyib.

“Azərbaycanla birgə narkotiklərin daşınmasının qarşısını almaq və Xəzər hövzəsinin enerji ehtiyatlarını mühafizə etmək üçün işləyəcəyik. Mən, həmçinin bizim ölkələrimizin birgə həyata keçirdiyi və qadınların iqtisadi gücləndirilməsi, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, sağlamlıq sahəsində inkişaf və minaların zərərsizləşdirilməsinə xidmət edən layihələrdən qürur duyuram”, - Olson qeyd edib.

O bildirib ki, keçən il Azərbaycanda olarkən birgə iş sayəsində əldə olunan nailiyyətləri öz gözlərilə nəzərdən keçirin; "Bizim diplomatik, habelə insanlar arasında olan əlaqələrimiz 30 il ərzində mühüm şəkildə gücləndirilib”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam