Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək -Azərenerji

Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - Azərenerji (ÖZƏL) (VİDEO)

Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.

Yenixeber.org: Bunu Azərenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kvtlıq xəttin çəkilməsi nəzərdə tutulur.

"Zəngəzur dəhlizi vasitəsiylə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsiylə elektrik enerjisinin Türkiyəyə ordan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur", - deyə T.Abdullayev əlavə edib.

Qeyd edək ki, bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri təşkil olunub. Jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarına, "Qarabağ" rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya ilə tanış olacaqlar. (trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam