Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“The Daily Telegraph” Rusiyanın DNT "oğurlaması" ilə bağlı məqaləni silib -FOTO

“The Daily Telegraph”   Rusiyanın DNT "oğurlaması" ilə bağlı məqaləni silib -   FOTO
Britaniyanın məşhur “The Daily Telegraph” nəşri Rusiya ilə bağlı qalmaqallı məqaləsini silib.
Yenixeber.org: Məqalə Böyük Britaniyanın xarici işlər naziri Liz Trasın Moskvaya son səfərində Rusiyanın onun DNT-sini “oğurlaması” ilə bağlı idi.
Nəşr yazmışdı ki, Moskva Britaniya diplomatiyası rəhbərinin DNT-sini Moskvada PCR testindən keçən zaman əldə edə bilər. Lakin məqalə hazırda qəzetin saytında yoxdur. “The Daily Telegraph” onu silib.

Qeyd edək ki, Qərb informasiya məkanının “DNT-isteriyasına” səbəb Fransa prezidenti Emmanuel Makronun Moskvada ikinci kovid testindən keçməkdən imtina etməsidir. Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı açıqama verərək deyib ki, danışıqlar zamanı Putin və Makronun dörd metrlik masa arxasında oturmasına səbəb məhz Fransa liderinin test verməməsi olub.

Xatırladaq ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam