Bu jurnalistə 12 il 10 aya qədər həbs cəzası istənildi-Ərdoğanı təhqir edib
Türkiyədə Prezident və iki naziri təhqir edən jurnalist Sedef Kabaşa 12 il 10 ay həbs cəzası istənilib.
Yenixeber.org: İstanbul Baş Prokurorluğunun yanvarın 14-də televiziya verilişində Kabaşın etdiyi çıxışlarla bağlı “prezidenti təhqir etmək” ittihamı ilə başlatdığı istintaq başa çatıb.
İstintaqın sonunda hazırlanan ittihamnamədə Sedef Kabaşın "Prezidenti açıq təhqir" və daxili işlər naziri Süleyman Soylu ilə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunnun ünvanına söylədiyi sözlərə görə "Dövlət məmurunu vəzifəsinə görə təhqir etmək" cinayətlərini törətdiyi bildirilib.
Onun Pezidenti təhqir etməsinə görə 1 il 5 ay 15 gündən 8 il 2 aya qədər, nazirləri təhqir etdiyinə görə isə 2 il 4 aydan 4 il 8 aya qədər azadlıqdan məhrum edilməsi, ümumilikdə 3 il 9,5 aydan 12 il 10 aya qədər həbs cəzası istənilib.(trthaber.com)