Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanı təhqir edən sənətçinin - həbs cəzası təsdiqləndi

Ərdoğanı təhqir edən sənətçinin həbs cəzası təsdiqləndi

Yenixeber.org:  İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.

Xatırladaq ki, hadisə 2016-cı il avqustun 5-də qeydə alınıb. Belə ki, tamaşaçılardan biri polisə zəng edərək Olcayın konsertində mahnı ifa edərkən sözləri Prezident Ərdoğana həsr edərək əli ilə təhqiramiz hərəkət göstərdiyini iddia edib. Məkandakı kameralara baxdıqda müğənninin, həqiqətən, Ərdoğanı təhqir etdiyi sübuta yetirilib.

Olcay məsələ ilə bağlı “Səhvən etdiyim hərəkət idi. Təhqir məqsədilə etməmişdim. Cəza veriləcəksə, pula çevrilməsini tələb edirəm” deyib. 

Əvvəlcə Zuhal Olcaya “Prezidenti qəsdən təhqiretmə” maddəsi ilə 1 il 2 ay həbs cəzası verilib. Məhkəmə sənətçinin keçmişini, yaşını və davranışlarını nəzərə alaraq cəzanı 11 ay 20 günə endirib. 2018-ci ildə keçirilən məhkəmə prosesində cəzanın təxirə salınmasına qərar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam