Milli Məclisdə insan haqları ilə bağlı -Çevik Qrup yaradılacaq
Milli Məclisin İnsan hüquqları komitəsinin yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.
Yenixeber.org: Bu, komitənin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.
Planda insan hüquqları profilli QHT-lərlə növbəti silsilə görüşlərin keçirilməsi, müzakirələrin nəticələrinin və təkliflərin aidiyyəti qurumlara göndərilməsi və hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi nəzərdə tutulub.