İranın Şərqi Azərbaycan vilayətindəki Təbriz şəhərində 4,4 gücündə zəlzələ olub.
Yenixeber.org: Bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, zəlzələ bu gün səhər saatlarında yerin 15 kilometr dərinliyində baş verib.
Dağıntılar və insan tələfatı barədə hələlik məlumat yoxdur.