Dariqa Nazarbayevanın köməkçisi Elbaşının qızı barədə məlumat yayıb
Yenixeber.org: Qazaxıstanın sabiq Prezidenti - Elbaşı Nursultan Nazarbayevin böyük qızı, Qazaxıstan Parlamentin (aşağı palatası) deputatı Dariqa Nazarbayeva yanvarın sonunadək məzuniyyətə çıxıb. Bu barədə Nazarbayevanın köməkçisi Janna Ermekova deyib.
Yermekova qeyd edib ki, D.Nazarbayeva koronavirusa yoluxduqdan sonra reabilitasiyadan keçmək üçün ödənişsiz məzuniyyətə çıxıb.
Xatırladaq ki, yanvarın 12-də Yermekova demişdi ki, D.Nazarbayeva Almatıdakı evində COVID-19-dan müalicə alır.