Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Spiker Oqtay Əsədov Dariqa Nazarbayeva ilə görüşdü –Müzakirə + FOTO

Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində aprelin 18-də Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva ilə görüşüb.

Yenixeber.org: Qazaxıstan-Azərbaycan ənənəvi dostluq münasibətlərindən danışan Dariqa Nazarbayeva iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Xəzər hövzəsində, nəqliyyat-logistika, turizm sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Senatın sədri Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ilə Bakıya səfərini, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. O vurğulayıb ki, Azərbaycan qazaxıstanlıların həvəslə səyahət etdikləri ölkədir.

“Xalqlarımız özləri mehriban münasibətlər yaradıblar, bizə isə bu əlaqələri inkişaf etdirmək qalır”, – deyə D.Nazarbayeva bildirib.

Senatın sədri iki ölkənin parlamentləri arasında da möhkəm əlaqələrin mövcud olduğunu vurğulayaraq deyib: “Ümid edirik ki, Azərbaycanla əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”.

Milli Məclisin sədri Oqtay Əsədov Dariqa Nazarbayevanı Qazaxıstan Senatının sədri seçilməsi münasibətilə təbrik edib. O vurğulayıb ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər dövlətlərarası əməkdaşlıq səviyyəsinə qalxıb.

Azərbaycan və Qazaxıstan xalqlarının liderləri Heydər Əliyev və Nursultan Nazarbayev arasında olan dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Azərbaycan xalqı Nursultan Nazarbayevin beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı ədalətli mövqeyini hər zaman yüksək qiymətləndirir.

Milli Məclisin sədri iki dost ölkənin parlamentlərinin də əlaqələrinin bundan sonra sürətlə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib/Azərtac.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam