Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazarbayevanın mandatı ləğv olundu-QƏRAR

 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün mayın 2-də Senatın spikeri (parlamentin yuxarı palatası) Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqda fərman imzalayıb.

Yenixeber.org: Fərmanda Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsinin səbəbləri göstərilmir.

Dariqa Qazaxıstanın keçmiş prezidenti və dövlət şurasının indiki sədri Nursultan Nazarbayevin böyük qızıdır və 2016-cı ildən Senatın deputatı idi. 2019-cu ildə o, Senatın sədri seçilib və prezident Tokayev onun yenidən Senatın deputat təyin edilməsi haqda sərəncam verib.

Bir çoxlarına görə Dariqa Nazarbayeva Senatın spikeri olaraq növbəti prezident olmağa hazırlaşırdı.

Qasım-Jomart Tokayev özünün Tvitter bloqunda Dariqa Nazarbayevaya senatnın spikeri kimi fəaliyyətinə görə təşəkkür edib. “D.N.Nazarbayevaya Qazaxıstan Respublikası parlamentinin senatının sədri vəzifəsində fəal və məhsuldar işinə görə minnətdarlıq ifadə edirəm”,-o yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam