Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb -Göyçayda

Göyçayda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org verilən məlumata görə, polis şöbəsinə İkinci Ərəbcəbirli kəndində və şəhər ərazisində yerləşən həyətyanı sahələrdən, eləcə də Qızılağac kəndindəki qaynaqçı sexindən ümumi dəyəri 2 000 manata yaxın olan dəmir konstruksiyaların oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət hadisələrini törətməkdə şübhəli bilinən qonşular - keçmiş məhkum Orxan Abdurəhimli, Seyran İsmayılov, Tərlan Həsənov və onların oğurladıqlarını daşımaq üçün sifariş etdikləri yük avtomobilinin sürücüsü Qəzənfər Fərzəliyev saxlanılıb. Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf ediblər və gecə saatlarında oğurladıqları dəmir konstruksiyaları Q.Fərzəliyevin idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə daşıyaraq əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, saxlanılan Orxan Abdurəhimli, Seyran İsmayılov və Tərlan Həsənovun digər analoji cinayətlərdə də iştirakları istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya polis şöbəsinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam