Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağsuda - silsilə oğurluqlar edən şəxslər saxlanılıb

Müxtəlif vaxtlarda Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakinləri yaşadıqları evdən və obyektlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib.  Ağsu şəhər sakininə məxsus evdən ümumi dəyəri 1300 manata yaxın olan televizor, qaynaq aparatı və digər əşyalar, İ.Vəliyevə məxsus şəhər ərazisində yerləşən mağazadan müxtəlif enerji içkiləri, eləcə də digər müxtəlif çeşidli mallar və D.Ağaməmmədovun işlətdiyi “Topaz” mərc oyunları yerindən 150 manat dəyərində müxtəlif lotereyaların oğurlandığı müəyyən olunub.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törədən şəxslərin Ağsu rayon sakini 24 yaşlı Hüseyn Dadaşzadə və Kürdəmir rayon sakini, əvvəllər də məhkum olunmuş 25 yaşlı Samir Eyvazov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı etdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Ağsu RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam