Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kəskin hava şəraiti ilə bağlı -növbəti xəbərdarlıq yayılıb

Kəskin hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb

Ölkədə müşahidə edilən kəskin hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.

fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq.
Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam