Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycanla Qazaxıstan arasında təyyarə reysləri tam bərpa olunub

Azərbaycanla Qazaxıstan arasında təyyarə reysləri tam bərpa olunub

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri tam bərpa olunub.

Yenixeber.org: “Zakon” xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bundan başqa, baş verən etiraz aksiyaları və iğtişaşlardan sonra yanvarın 13-də Qazaxıstanın Almatı hava limanı ilk beynəlxalq reysi qəbul edib. Belə ki, Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Almatıda yerə enib.

“Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra “Air Astana” aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib”, - komitədən bildirilib.

Məlumata görə, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.

Qeyd edək ki, yanvarın 5-də Almatı şəhərində baş verən hadisələrə görə beynəlxalq hava limanı da fəaliyyətini dayandırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam