Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu gün Qazaxıstandan -34 uçuşun həyata keçirilməsi planlaşdırılır

Bu gün Qazaxıstandan 34 uçuşun həyata keçirilməsi planlaşdırılır

Yanvarın 10-da Qazaxıstanda 34 beynəlxalq aviareysin yerinə yetirilməsi planlaşdırılır.

Yenixeber.org: “Zakon” xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Komitəsindən bildirilib.

Məlumata görə, Nur-Sultandan 19 beynəlxalq aviareysin həyata keçirilməsi nəzərdə tutulub. Qazaxıstan paytaxtından Rusiyanın Moskva, Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Polşanın Varşava, Almaniyanın Frankfurt, Özbəkistanın Daşkənd, Türkiyənin İstanbul, Tailandın Pxuket şəhərləri istiqamətində uçuşlar olacaq. Frankfurt və Rusiyanın Yekaterinburq şəhərindən Nur-Sultana 4 reys isə təxirə salınıb.

Bu gün Qazaxıstanın Aktau, Şımkənt, Türküstan və Aktobe şəhərlərindən BƏƏ-nin Dubay, Türkiyənin İstanbul, Gürcüstanın Tbilisi, Ermənistanın İrəvan, Özbəkistanın Daşkənd, Tailandın Pxuket şəhərlərinə 15 beynəlxalq uçuş planlaşdırılıb. Almatı və Aktaudan Türkiyənin İstanbul, BƏƏ-nin Dubay və Abu-Dabi, Özbəkistanın Daşkənd və Urqenç, Rusiyanın Moskva, Ukraynanın Kiyev şəhərlərinə 14 reys isə təxirə salınıb.

Bir müddət əvvəl Rusiyanın “Aeroflot” aviaşirkətinin Nur-Sultana uçuşları bərpa etməsinə dair xəbərlər yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam