Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Türkiyədən Bakıya yaxın vaxtlarda -170 ədəd yeni avtobus gətiriləcək

Türkiyədən Bakıya yaxın vaxtlarda 170 ədəd yeni avtobus gətiriləcək

Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin BMC şirkəti arasında imzalanan müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların paytaxta çatdırılması prosesinə başlanılacaq.

Yenixeber.org: Bu barədə Agentliyin hazırladığı 2021-ci ildə sərnişindaşımanın təşkilinə dair hesabatda qeyd edilib.

Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib.

"Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən 150 ədəd avtobus paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və "Avro 6" standartına uyğun avtobusların hamısı 12 metrlikdir", - məlumatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam