Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Lirənin ucuzlaşması Türkiyə ilə ticarətimizə necə təsir edib? –Rəqəmlər AÇIQLANDI


Bu ilin noyabr ayında Türkiyənin milli valyutası lirə Azərbaycan manatı qarşısnda 29% dəyərdən düşüb. 
Yenixeber.org: Mərkəzi Bankdan açıqlanan məlumata əsasən bildirir ki, noyabr ayının əvvəlində 1 lirə 17,7 qəpik olduğu halda, dekabr ayının əvvəlində 12,5 qəpiyə bərabər olub.

Lirənin manat qarşısında ucuzlaşması iki ölkə arasındakı ticarət dövriyyəsinə də təsir edib. Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin noyabr ayında Türkiyədən Azərbaycana 163,7 milyon dollar dəyərində məhsul idxal olunub. Bu ötən ilin eyni dövrü ilə müayisədə 24% və ya 32 milyon dollar çoxdur. 
Məlumat üçün bildirək ki, Türkiyə idxalda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin ilk 11 ayı ərzində Türkiyədən ölkəmizə 1 milyard 652 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 15,9%-i təşkil edərək Rusiyadan sonra ikinci sırada yer alıb. 
Qeyd edək ki, son bir ayda manatın məzənnəsinin lirə qarşısında 29% bahalanması Türkiyədən gətirilən məhsulların eyni səviyyədə ucuzlaşması deməkdir. Məsələn, inflyasiyanı nəzərə almasaq noyabr ayının əvvəlində Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 17,7 manat ödəyirdiksə, dekabr ayının əvvəlində eyni paltara 12,5 manat ödəmişik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam