Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Koalisiya qüvvələrinin -İraqdakı döyüş missiyası başa çatıb

Qasim Əl-Araji

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı döyüş missiyası başa çatıb.

Yenixeber.org: Bu barədə İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Araji "Twitter" hesabında bildirib.

“Bu gün biz koalisiya qüvvələrinin döyüş missiyasının başa çatdığını və İraqdan çıxarılmasını rəsmən elan etmək üçün keçən il başladığımız dialoqun sonuncu raundunu başa vurduq. Beynəlxalq koalisiya ilə əlaqələrimiz təlim, məsləhət və gücləndirmə sahəsində davam edəcək”, - o qeyd edib.

Xatırladaq ki, 2020-ci il yanvarın 5-də İraq parlamentində səsvermə keçirilib və çoxluq beynəlxalq koalisiyanın ölkədən çıxarılmasına səs verib, həmçinin ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası ilə əməkdaşlıq formatına yenidən baxılmasının lehinə səs verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam