Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Gürcüstanda əcnəbilərdən -COVID-19 pasportu yeni qayda ilə tələb olunacaq

Gürcüstanda əcnəbilərdən COVID-19 pasportu yeni qayda ilə tələb olunacaq

Gürcüstanda xarici ölkə vətəndaşlarının COVID-19 pasportu əsasında obyektlərə buraxılması ilə bağlı qaydaya dəyişiklik edilib.

Yenixeber.org: Bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, 

www.covidpass.moh.gov.ge

 və yaxud CovidPass Georgia və Avropa İttifaqının rəqəmsal COVID sertifikatları sistemlərində qeydiyyatdan keçməyən əcnəbilər obyektlərə “yaşıl status” verən ölkənin rəsmi qurumunun sənədini (elektron və ya çap versiyası) təqdim etməlidir.

Həmin sənəd ya QR-kod, ya tam vaksinasiya kursunu təsdiqləyən sertifikat, ya da PCR testin mənfi nəticəsinə dair arayışdan ibarət ola bilər.

Qeyd edək ki, Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə dekabrın 1-dən başlanılıb. 18 yaşdan yuxarı ölkə vətəndaşları və əcnəbilər restoran, kafe, barlar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, spa və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yollarına yalnız bu sənəd əsasında buraxılır. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda “yaşıl” pasport tələb edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam