Xəbər verildiyi kimi, bu ilin ilk 10 ayı ərzində Azərbayacanda əhalinin gəlirləri qiymət artımından aşağı olub.
Yenixeber.org: Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarda bildirir ki, bu ilin ilk 10 ayında ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artıb.
Eyni dövrdə əhalinin nominal gəlirləri 2,4%, əhalinin hər bir nəfərinə düşən nominal gəlir isə cəmi 2% artıb.
İlin ilk 9 ayında isə orta aylıq nominal əmək haqqı 2,3% artıb.
Rəqəmlərdən də göründüyü kimi qiymət artımı əhalinin nominal gəlirlərindəki artımla müqayisədə təxminən 10 faiz bəndi çoxdur.
Müqayisə üçün bu göstəricilər qonşu Gürcüstan və Ermənistandan fərqli olub.
Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumatda göstərilir ki, son bir ildə bu ölkədə orta aylıq nominal əmək haqqı 18,2% artaraq 1175,6 laridən 1389,6 lariyə yüksəlib. İnflyasiya səviyyəsi isə 12,5% həddində olub. Nəticədə Gürcüstanda qiymətlərin artım səviyyəsi əmək haqqının artım səviyyəsindən 5,7 faiz bəndi aşağı olub.
Ermənistan Milli Statistika Xidmətinin məlumatında isə qeyd edilir ki, son bir ildə bu ölkədə orta aylıq nominal əmək haqqı 8,9% artaraq 201,7 min drama yüksəlib. Bu dövürdə Ermənistanda inflyasiya səviyyəsi də 8,9% həddində olub. Bu isə o deməkdir ki, bu ölkədə qiymət artımı əmək haqqı üzrə artımı üstələməyib.
Müqayisə üçün hazırda hər 3 ölkədə qeydə alınan bəzi istehlak məhsullarının qiymətini və xidmət tariflərini təqdim edirik:

Gürcüstanda | Azərbaycanda | Ermənistanda | |
Orta aylıq nominal əmək haqqı | 448 $ (1 390 GEL) |
425 $ (723 AZN) |
414 $ (201 740 AMD) |
1998-ci ilin istehsalı olan "Mersedes C 180" avtomobili | 3 000 $ (9 300 GEL) |
5 880 $ (10 000 AZN) |
4 000 $ (1,95 mln. AMD) |
Bir paçka "Marlboro" siqareti | 2,25 $ (7 GEL) |
2,94 $ (5 AZN) |
1,64 $ (800 AMD) |
Kartof |
0,43 $ (1,35 GEL) |
0,53 $ (0,9 AZN) |
0,47 $ (230 AMD) |
Mal əti (sümüklü) | 6,7 $ (21 GEL) |
7,2 $ (12 AZN) |
7,1 $ (3 490 AMD) |
İctimai nəqliyyatda gediş haqqı | 0,16 $ (0,50 GEL) |
0,18 $ (0,30 AZN) |
0,20 $ (100 AMD) |