Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DİM İMTAHAN QİYMƏTLƏRİNİ NİYƏ BAHALAŞDIRIB? –“Sınaq imtahanının qiyməti 10-15 manatdan çox ola bilməz”

 

Yenixeber.org: Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 19-da qəbul imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanları təşkil edəcəyini açıqlayıb. DİM-in rəsmi saytında qeyd olunub ki, I, II,III, IV-cü quruplar üzrə imtahan verənlər 40 manat, III-cü ixtisas qrupu üzrə Coğrafiya fənnindən imtahan vermək istəyənlər isə əlavə olaraq 15 manat ödəniş etməlidir. Yəni III-cü ixtisas qrupunun abituriyentlərinə bir sınaq imtahanı 55 manata başa gələcək. Bakalavrlar isə magistratura sınaq imtahanında iştirak etmək üçün 50 manat ödəməlidirlər.

DİM-in bu açıqlaması abituriyentlərin və tələbələrin narazılığına səbəb olub. Onların bir çoxu qurumun rəsmi “Facebook” hesabında yazıblar ki, qiymət baha olduğundan imtahanda iştirak etməyəcəklər. DİM-in bu qərarı valideynləri də çıxılmaz vəziyyətdə qoyub.

“Övladımın təhsili üçün bu pulu ödəməyə məcburam” deyənlər olsa da, aydındır ki, imkansız ailələr belə yüksək ödənişi edə bilməyəcək.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, sınaq imtahanlarının qiymətinin artması, qəbul imtahanlarının da ödənişini artıracaq: “Sınaq imtahanlarının qiyməti 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb. Belə ki, 2016-cı ilə qədər bu imtahan 3 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 manat olub. Nə qədər resurs cəlb edilməyindən aslı olmayaraq sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanı isə 20 manatdan çox ola bilməz.

Nəzərə alsaq ki, DİM-in avadanlıqları, test bankları TQDK-dan qalıb, deməli, burada 55 manatlıq xərc yoxdur. Bundan başqa, qəbul imtahanından fərqli olaraq sınaq imtahanında mühafizə və digər xidmətlərdən istifadə olunmur. Hazırkı sınaq imtahanının büdcəsi bütün abituriyentlər üçün əlçatan deyil. Bu da çox sayda şagirdi öz bilik və bacarıqlarını yoxlamaq imkanından məhrum edir”.

 

 

Ekspert qeyd edir ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olsa da, qurumun adının əvvəlində “dövlət” sözü var: “Əksər valideyn bu qiymətə övladını sınaq imtahanına göndərə bilmir. Onlar DİM-in xidmət haqlarının baha olduğunu bildirirlər. Ölkədə rəsmi imtahan keçirən yeganə qurum DİM-dir. Nəticədə qiymətlər və imtahan nəticələriylə bağlı istədiyi qərarı qəbul edə bilir. Bu sahədə mütləq alternativ bir qurumda imtahanlar təşkil etməlidir. DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və bu quruma kifayət qədər gəlir gətirir”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, DİM publik hüquqi şəxs olduğundan, dövlət büdcəsindən maliyyələşmir: “DİM yanlız imtahanlardan əldə olunan vəsait hesabına öz işini təşkil edir. 2016-cı ilə qədər isə TQDK kimi fəaliyyət göstərirdi və bütün xərclər büdcədən ayrılırdı. Sınaq imtahanlarının qiymətində hər hansı bir dəyişiklik yoxdur. Xatırlayırsınızsa, bu növ sınaq imtahanları 2020-ci ilin əvvəllərində də keçirilmişdi və eyni qiymət idi. Daha sonra pandemiya şəraitinə görə, kağız daşıyıcılar vasitəsilə sınaq imtahanları keçirilmədi”.

 

 

DİM qiymətlə bağlı məsələyə də aydınlıq gətirib: ”Ümumiyyətlə, hər hansı bir imtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanların təşkili, keçirilməsi, proqram təminatı, daşınma və mətbəə xərcləri, test bankının yaradılması, zənginləşdirilməsi, nəzarətçilər, imtahan rəhbərləri və imtahana cəlb olunan digər şəxslərə ödənilən əmək haqları və s. ətraflı şəkildə araşdırılır. Qiymət müəyyən edilərkən də nəzərə alınır.

Sosial şəbəkələrdə yanlış olaraq 3-cü ixtisas qrupu üzrə əlavə ödəniş tələb olunduğu yazılır. Bilirsiniz ki, bu qrupda 2 altqrup var. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları TC, digər ixtisaslar isə DT altqrupunda cəmlənib. İmtahan qiyməti də, təbii ki, eynidir. Sadəcə olaraq kimsə hər iki qrupa aid ixtisasları seçdikdə əlavə olaraq coğrafiya fənni üzrə imtahan verməlidir. Bu seçim isə tam sərbəstdir. Və həmin fənn üçün 15 manat iştirak haqqı tələb olnur”.

2020-ci ildə sınaq imtahanının qiymətinin iki dəfə artırılması, DİM-in gəlirlərinə də müsbət təsir göstərib. Qurumun rəsmi saytında qeyd olunub ki, 2020-ci ildə ümumi mənfəəti 2 milyon 996 min manat olub. Bu məbləğ, 2019-cu ildəki gəlirdən, (həmin il imtahanın qiyməti 20 manat idi) 5 dəfə çoxdur.

Görünür, bu gəlir Dövlət İmtahan Mərkəzini hələ tam qane etməyib ki, qurum etirazlara məhəl qoymadan bahalı imtahanlar keçirməkdə davam edir. “AzPolitika.info”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam