Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ruslan Əliyev:“2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək"

Ruslan Əliyev: “2022-ci ildən qaz çəkilişi qaydaları dəyişəcək

“Azəriqaz” İstehsalat Birliyinin elə abonenetləri var ki, il ərzində onların 10-15 dəfə sayğac qutusunu dəyişirik".

Yenixeber.org: Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bildirib ki, ancaq “Azəriqaz” buna da gedir: “Bəzən belə abonentlər sosial şəbəkədə bununla bağlı yazır, sayğacın şəklini qoyur. Amma biz daha ona reaksiya vermirik, çünki həmin abonentin sayğac qutusunu keçən həftə dəyişmişik. Görünən budur ki, həmin abonent sayğac qutusunu hansısa formada düzgün bağlamır, sayğac qutusu sınır və sairə”.

R. Əliyev deyib ki, qurumun bütün mövcud abonentlərə sayğaca qədər və hətta sayğac da, sayğac qutusu da daxil olmaqla bütün xidmətlər birmənalı ödənişsizdir: “Ancaq yeni abonent olmaq üçün abonentə sayğac və qutu ödənişsiz verilir. Qaldı ki, abonent digər fərdi evlərdə bir mənbə olaraq qazın çəkilişini həyata keçirmək istəyirsə, bunun üçün də xüsusi lisenziyalı təşkilatlar var ki, onlar da mərkəzləşdirilmiş formada işləyirlər”.

O qeyd edib ki, amma bununla da bağlı cəmiyyətdə müəyyən narazılıq və narahatçılıq var: “Çalışacağıq ki, 2022-ci ilin yanvar ayından qaz çəkilişi alyans formasında deyil, abonentlər həmçinin fərdi formada da davam etdirə bilsinlər. Artıq bununla bağlı müəyyən müqavilə forması hazırlamışıq. İstənilən lisenziyalı təşkilat bu işi həyata keçirə bilər. Ancaq bizimdə orada öz şərtlərimiz var. Çünki onlar bizdən sayğac götürürlər və onun şəbəkəyə quraşdırılmasına bir cavabdehlik olmalıdır. Bunun üçün də yanvar ayından bu sahədə müəyyən qaydalar dəyişəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam