Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

"Havanı vururlar, sayğac yazır, məbləğ şişir..." -Daha bir deputat “Azəriqaz”ı tənqid etdi

Milli Məclisin deputatı Eldar Quliyev “Azəriqaz” İstehsalat Birliyini sərt tənqid edib.

Yenixeber.org: E.Quliyev bildirib ki, smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi yolverilməzdir: “İndi qazın pulunu kart vasitəsilə ödəyirik, istifadə edirik. Ödədiyimiz məbləğə uyğun qaz verilir. Mexaniki sayğacların quraşdırılması o deməkdir ki, artıq köhnə sistemə qayıdırıq. Yəqin ki, mexaniki sayğaclara müdaxilə, hava vurmaq şansı böyükdür. Bu, fırıldaqçılıqdır. Qazı yandırırsan, istiliyi olmur. Məsələn, şəkərin şəkərlilik, kərə yağının yağlılıq dərəcəsi var. Qaz əvəzinə daha çox hava vururlar. Havanı vururlar, sayğac yazır, məbləğ şişir. Belə hallarla bağlı mütləq şikayət etmək lazımdır. İnsanları aldatmaq olmaz axı. Vicdanlı məmurlarla yanaşı vicdansız məmurlar da var. Xalqı incidənlər vicdansız məmurlardır”.(Pravda.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam