Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Vətəndaşları "sayğac əməliyyatı" ilə bezdirən “Azəriqaz”ın sədr müavininin BİZNES ŞƏBƏKƏSİ -İLGİNC

“Azəriqaz” İstehsalat Birliyinin satış və istismar üzrə müavini Cahid Hüseynovun şirkətlərinin siyahısı məlum olub.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, “Azəriqaz” sədrinin müavini Cahid Hüseynovun “Nur elektrik təmir tikinti” MMC şirkəti energetika avadanlıqlarının idxalı və satışı ilə məşğuldur.
Cahid Hüseynovun və qardaşı Cəfər Hüseynovun Türkiyə və Dubayda da əmlaklarının olduğu deyilir. Bu şirkətlərə ümumi nəzarəti Cəfər və Cavid Hüseynov qardaşları nəzarət edir.

 
Həmçinin, Hüseynov qardaşları Bakıda və Salyanda da biznes fəaliyyətilə məşğul olurlar. Onların Salyanda hektarlarla istixana kompleksi var.

Qeyd edək ki, Cahid Hüseynovun kiçik qardaşı Cəfər Hüseynov Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin sabiq rəisi olub.

Vətəndaşları sayğac məsələsi ilə incidən “Azəriqaz” məmurlarının biznes siyahısı bununla bitmir. Yəqin ki, müvafiq dövlət strukturları bu sahədə araşdırma aparsalar, daha ciddi məlumatlar ortaya çıxar.

Yeri gəlmişkən, Cahid Hüseynovun kirvəsi,”Azəriqaz” -ın sədri Ruslan Əliyevlə biznes ortağı olduğu barədə informasiyalar dolaşır.

Hüseynov qardaşlarının şirkətlərindən biri haqqında ümumi məlumatı təqdim edirik:

Kommersiya qurumunun adı: “NUR ELEKTRİK
TƏMİR TİKİNTİ” MƏHDUD MƏSULİYYƏTLİ
CƏMİYYƏTİ.

Qeydiyyat nömrəsi (VÖEN): 7001009561.

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət.

Hüquqi ünvanı: AZ5231, SALYAN RAYONU, YOLÜSTÜ
QƏSƏBƏ. Nizamnamə kapitalı: 3010 manat. Maliyyə ili:

01 Yanvar – 31 Dekabr. Qanuni təmsilçi: HÜSEYNOV
CAVİD ƏLSƏF OĞLU. Dövlət qeydiyyatına alındığı tarix: 12 Oktyabr 2016.(konkret.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam