Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azəriqaz” rəhbərliyi -onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Hacıqabul rayonunun, onun satış və istismar üzrə müavini Cahid Hüseynov Şirvan şəhərinin, tikinti üzrə müavini Ramil İskəndərov isə Sabirabad rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Yenixeber.org:  Bu barədə “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişlərinə dair və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Salyan Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.

Bu gün R.Əliyev İstehsalat Birliyinin “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayım da təşkil edib. O, abunəçiləri maraqlandıran sualları cavablandırıb. Daha sonra isə qaz təsərrüfatına aid bəzi hüquqi məsələlərlə bağlı məlumatların çatdırılması üçün qurumun Hüquq Departamentinin rəisi Vüqar Eyvazov da canlı yayıma qoşulub.

Ümumilikdə, yayım zamanı sayğac əvəzlənmələri, qazlaşdırılmasına ehtiyac duyulan yeni massivlər və s. səpkili suallar ünvanlanıb. “Azəriqaz”ın baş direktoru belə görüşlərin mütəmadi - hər həftənin 5-ci günü saat 14:00-da olacağını, cavablandırılmasına vaxt çatmayan bütün müraciətlərin isə araşdırılacağını deyib.

Canlı yayımı “Facebook” sosial şəbəkəsində bu ünvanda təkrar izləmək mümkündür:

https://www.facebook.com/azeriqazaz/videos/2795028400762549/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam