Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Vergi Xidməti tətbiq və izləməyə 79 milyon xərcləyəcək -Proqram təminatı hansı şirkətdən alınacaq?

Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi “TT Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 79 milyon manatlıq müqavilə bağlayıb.

Yenixeber.org: Müqavilədə Vahid Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin qurulması ilə əlaqədar xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 78 664 393 manatdır.

Qeyd edək ki, “TT Technologies” MMC 2020-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 500 100 manatdır və qanuni təmsilçisi Ülkər Behbudovadır.

Bildirək ki, malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsinə və bununla bağlı məlumatların xüsusi proqram təminatı ilə yığılmasına xidmət edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi tətbiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam