Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

BNA-da təmizlik işləri: Bir ildə 2.5 milyon manat…/DE-FAKTO

 Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün təmizlik xidmətlərinin satın alınması müsabiqəsinə yekun vurub.
Yenixeber.org: Satınalma müsabiqəsinin qalibi “Mint Services” MMC-dir. Qurumla şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 614 388.24 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Mint Servicse” MMC 27 fevral 2017-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 609, Globus Center, 7-ci mərtəbədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Hümbətov Aqil Habil oğludur.
Şirkətin 4 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Aqil Hümbətov barədə də hansısa məlumata rast gəlinmir.
Bəlli olan odur ki, “Mint Services” MMC əsasən BNA-nın tenderlərinin qalibi olur. Bundan əvvəl BNA-nın tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC şirkətlə satınalma müqaviləsi imzalayıb. Cari ilin əvvəlində bağlanan və maliyyə dəyəri 1 925 763.09 AZN təşkil edən bu müqavilədə də təmizlik xidmətlərin satın alınması nəzərdə tutulur. Aydın olur ki, BNA bir ildə təmizlik xidmətlərinə 2 540 151.33 AZN xərcləyib.
2020-ci ildə isə BNA təmizlik xidmətlərinin satın alınması ilə bağlı “Mint Services” MMC ilə maliyyə dəyəri 627 698.64 AZN təşkil edən müqavilə bağlayıb.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam