Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

TÜRK ƏSGƏRİNDƏN "1917" ADLI ƏMƏLİYYAT: Terrorçular belə təslim oldu –ANBAAN VİDEO

İraqın şimalında «1917» adlı yüksəklikdəki təpədə terrorçuların silah anbarı kimi istifadə etdiyi mağara Türk əsgərləri tərəfindən ələ keçirilib.

Yenixeber.org: Mağarada olan 4 terrorçunun silahlarını yerə qoyaraq təslim olduğu anlar kameralara düşüb.

Türkiyənin Müdafiə Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Şimali İraqda terrorçu hədəflərə qarşı başladılan "Pəncə silsiləsi" əməliyyatlarından biri olan "Pəncəli İldırım" əməliyyatı planlaşdırıldığı kimi davam edir.

Avaşin bölgəsində terrorçuların gizləndiyi mağaralara bir-bir daxil olan Türk əsgərləri, sahədən alınan kəşfiyyat məlumatları, pilotsuz uçuş aparatlarının təsbiti və yaxalanan terrorçuların ifadələrinə əsasən nöqtə əməliyyatlarını davam etdirirlər.

 

 

                 "1917 əməliyyatı" nın TƏFƏRRÜATI

Bu çərçivədə Avaşində 1917-ci il yüksəkliyindəki bir təpənin üzərindəki mağaranın terrorçular tərəfindən silah anbarı kimi istifadə edildiyi təsbit edildikdə, Türk əsgərləri sözügedən bölgəyə əməliyyat həyata keçirib. Qayalıq və çətin ərazidə yerləşən mağaranın yaxınlığında helikopterlə eniş əməliyyatı həyata keçirən komandanlar çox qısa müddətdə ətrafı nəzarətə götürüblər.

Öz təhlükəsizliklərini təmin etdikdən sonra Türk əsgərləri mağaradakı terrorçuları təslim olmağa çağırıb. Qaçacaq yerləri olmadığını anlayan terrorçular silahlarını yerə qoyaraq təslim olublar.

Mağaradan çıxan 4 terrorçu lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra komandanlar tərəfindən aparılıb. Mağarada aparılan axtarışlar zamanı çoxlu silah və sursat ələ keçirilib.

 

 

Kiçik bir boşluqdan girilən mağaranın içərisində çoxlu bölmələr var. Otaqlara bölünmüş mağarada terrorçulara məxsus 2 ədəd iriçaplı pulemyot və silah qundaqları, 7 Kalaşnikov avtomatı, bir M-16, 12 snayper tüfəngi, 2 reaktiv yaylım atəşi, bir qutu əl qumbarası, 2 ədəd oksigen balonu və tibbi ləvazimat aşkar edilib.

Sözügedən əməliyatın görüntüləri sosial şəbəkədə maraqla qarşılanıb. Türk əsgərinin çətin relyefdə keçirdiyi bu əməliyyat izləyicilər tərəfindən alqışlanıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam