Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Ordusu İraqda 37 PKK terrorçusunu məhv etdi-2 gündə

 

Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında terrorçuluğa qarşı “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı çərçivəsində PKK terror təşkilatının daha dörd silahlısını zərərsizləşdirib.

Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat veriblər.

Bununla da əməliyyatın başlanğıcından məhv edilmiş terrorçuların ümumi sayı 37-yə çatıb.

Qeyd edilir ki, İraqın şimalındakı Qara ərazisində başlayan antiterror əməliyyatı nəzərdə tutulmuş plana uyğun olaraq davam etdirilir.

Əməliyyata 40-dan çox təyyarə, həmçinin pilotsuz uçuş aparatları cəlb olunub. Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının gizləndiyi 50-dən çox obyekti, o cümlədən "qərargah"ları, döyüş sursatı ilə dolu anbarları və mağaraları məhv edib.

"İraqda terrorçuların obyektlərinə zərbələrin endirilməsi zamanı əsasən yerli istehsal olan döyüş sursatlarından istifadə olunur. Terrorçular regionda ağır itkilərə məruz qalırlar", - xəbərdə deyilir.

Xatırlatma: Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, 1984-cü ildən - PKK yaraqlıları Türkiyədə ilk dəfə qanlı cinayət törətdikdən sonra və 2020-ci ilin mart ayına qədər bu təşkilatın əli ilə ölkənin təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 8800 dinc sakini öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatların siyahısına daxil ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam