Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Tayvan boğazı Amerika əsgəri üçün məzar olacaq" -"The Global Times"

Tayvan boğazı materik Çin silahlı qüvvələri üçün Pekin və Taybe arasında hərbi münaqisə halında əhəmiyyətli maneə olmayacaq. Tayvan separatçılarını ABŞ-ın köməyi də xilas etməyəcək.

Yenixeber.org: Bu barədə çərşənbə axşamı Pekinin «Global Times» qəzeti yazıb. Xəbəri oktyabrın 27-də TASS agentliyi yayıb.

«Tayvan boğazının hər iki tərəfində hərbi güc arasındakı fərq artıq çox böyükdür. Materik Çinin hərbi xərcləri 10 dəfədən artıq Tayvanınkını üstələyir. Müasir texnologiyalar şəraitində Tayvan boğazı artıq keçilməz maneə sayılmır» - nəşrin redaksiya məqaləsində deyilir.

Materialda qeyd olunur ki, materik Çin Tayvanla müharibə istəmir və dinc birləşməyə xoş məram göstərir, müharibəni son variant olaraq saxlayır. Bununla bərabər, əgər işlər bu yerə çatarsa, Tayvan silahlı qüvvələri heç bircə zərbəyə də tab gətirə bilməz.

«Əgər müharibə olacaqsa, Tayvan sözsüz ki, məğlub olacaq və çökəcək» - Global Times yazır.

Müəllif hesab edir ki, Birləşmiş Ştatlar böyük ehtimalla, Tayvanın əvəzinə vuruşmayacaq. Onlar cəhd edəcəklər ki, materik Çinin qarşısını başqa vasitələrlə alsınlar. «Əgər ABŞ necə olsa da, hipotetik hərbi fəaliyyətdə iştirak edərsə, o zaman boğaz Amerika əsgəri üçün məzar olacaq» - Pekin nəşri xəbərdarlıq edir.

Əgər hətta hazırkı Tayvan administrsiyası bütün mümkün güc və vasitələri adanın müdafiəsi üçün işə salsa belə, analtiklər hesab edirlər, bu, materik Çinin və Tayvanın hərbi potensialının ümumi nisbətini dəyişməyəcək.

«Tayvanın cəmi 180 min hərbçisi var. Onların çoxu, necə deyərlər, «çiyələk əsgəridir» - hərbi xidmətin ağır yükünə tab gətirməyənlərdir. Demokratik proqessiv partiya (DPP) ayrıca Tayvan illüziyasını yaşadır (ABŞ-a və Qərbin ictimai fikrinə söykənməklə). Bu ayıqlığın yuxusudur. Nə qədər gec deyil, DPP dayanmalıdır. Əgər hərbi sıxışdırma yeganə dil olaraq qalarsa, bu dil ildırım kimi olacaq» - qəzet yazır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam