Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Prezident -Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib

Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib.

Yenixeber.org: Nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi sürətdə qırması, çayları çirkləndirməsi barədə danışılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam