Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Kamran Əliyev Ərdoğanla görüşdü-YENİLƏNDİ-(FOTO)

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Türkiyə Respublikasının Prezidenti dövlətimizin başçısı İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.


***17:17***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycanın baş prokuroru Kamran Əliyevi qəbul edib.
 Bu barədə "Hürriyet" məlumat yayıb.

Qeyd edək ki, Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-də Türkiyənin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam