Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Prezident İlham Əliyev- Bilal Ərdoğanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org: Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

O, rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya dini liderlərinin II Sammitində iştirakından məmnunluğunu bildirib.

Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətinə toxunan dövlət başçısı Türkiyənin bu tədbirdə geniş tərkibdə təmsil olunmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən növbəti Sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşünü məmnunluqla xatırlayıb. 

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam