Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Əliyev türkiyəli nazirlə görüşdü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenixeber.org: Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu il bu münasibətlərin daha da yüksək zirvəyə qalxdığını qeyd edib.

Prezident İlham Əliyev ölkələrimizin dövlət başçıları arasında həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq tədbirlərdə keçirilən görüşlərin və çoxsaylı təmasların əlaqələrimizin daha da möhkəmlənməsi baxımından xüsusi rol oynadığını bildirib. Dövlət başçısı bu il, eyni zamanda, bir çox mühüm birgə layihələrin, o cümlədən TANAP və STAR layihələrinin açılış mərasimlərinin olduğunu qeyd edərək, siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə çox gözəl əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev bu il Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradı dostluq və qardaşlıq münasibətlərimizin parlaq təzahürü kimi dəyərləndirdi. Dövlətimizin başçısı qarşıdan gələn ilin də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacağına əminliyini ifadə etdi və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Azərbaycana səfərinin əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyini deyib.

Qəbula görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Türkiyə-Azərbaycan əlaqələrinə toxunan Süleyman Soylu qeyd edib ki, əlaqələrimiz böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub və bu gün uğurla inkişaf edir. O bildirdi ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının uğurla inkişaf etdirdiyi bu əlaqələr bu gün regiona və dünyaya böyük töhfə verir və qardaşlıq münasibətlərinin bir nümunəsidir. Türkiyəli nazir qeyd edib ki, başda Dağlıq Qarabağ məsələsi olmaqla Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci isə Türkiyənin sevincidir.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam