Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Azərbaycan icması aksiya keçirib-Venesiyada 

 

Azərbaycan icması    Venesiyada    aksiya keçirib
Şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsinin ildönümündə İtaliyanın Venesiya şəhərindəki Azərbaycan icması ölkəmizin həqiqətlərinin geniş kütlələrə çatdırılması məqsədilə sosial aksiya keçirib.
Yenixeber.org: Venesiyada yaşayan azərbaycanlılar oktyabrın 10-da şəhərin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsünün yaxınlığında yerləşən S.Bortolomio meydanında keçirilən aksiyada İkinci Qarabağ savaşında Ermənistanın törətdiyi müharibə cinayətlərinə diqqət çəkib, düşmənin Gəncə və Bərdə şəhərlərində dinc əhalini bombalamasını 100-dən çox şəhər sakininə çatdırıblar. Üzərində QR kodlar olan oyuncaqların paylandığı aksiya maraqla qarşılanıb, sakinlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Venesiyadakı Azərbaycan icması müharibə dövründə də ermənilərin törətdiyi cinayətləri, Ermənistan ordusu və dövlətinin işğal etdiyi torpaqlara və ətraf mühitinə vurduğu ziyanı daha geniş auditoriyaya çatdırmaq üçün Venesiya, Padova, Roma, Siena kimi şəhərlərdə sərgilər və ictimai tədbirlər keçirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam