Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Səfirimiz tələbələrlə görüşüb-Fransada

 

Azərbaycanın Fransadakı səfiri tələbələrlə görüşüb
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin ən nüfuzlu ali təhsil ocağı olan “Sciences Po Paris “ universitetinin tələbələri ilə görüşü olub.
Yenixeber.org: Görüşdə səfir tələbələrə Azərbaycanın tarixi, xarici siyasəti və 44 günlük müharibədən sonrakı vəziyyət haqqında məlumat verib. Ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğu diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir bildirib ki, Fransanın da imzaladığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Ölkəmizin münaqişənin həllində həmişə sülh yolunu tutduğunu diqqətə çatdırıb. Ötən il Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində torpaqlarımız azad etdiyini vurğulayıb.

Səfir müharibədən sonrakı vəziyyətdən söz açaraq, azad edilmiş torpaqlarımızın minadan təmizlənməsi, işğal dövründə erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, bu ərazilərdə nəqliyyat infrastrukturunun bərpası istiqamətində görülən işlərdən danışıb. Qarşıda duran əsas prioritetləri sadalayıb. 44 günlük müharibədən sonra regionda yaranmış reallıqdan danışaraq, yeni geosiyasi mənzərəni təqdim edib. Azərbaycan-Fransa münasibətlərinə toxunub. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransanın üzərinə düşən öhdəliklərdən danışıb.

Sonda səfir tələbələrin suallarını cavablandırıb. Tələbələr Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeylə tanış olublar. Onlara Azərbaycanın tarixindən, mədəniyyətindən bəhs edən kitablar hədiyyə edilib və 44 günlük müharibə, eləcə də ondan sonrakı vəziyyəti əks etdirən “İkinci Qarabağ müharibəsindən bir il sonra” adlı məlumat broşuru təqdim olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam