Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Hərbi ekspert: -"İran vətəndaşları Gümrüyə axışır, Rusiyaya qarşı təxribatlar ola bilər"

Hərbi ekspert: İran vətəndaşları Gümrüyə axışır, Rusiyaya qarşı təxribatlar ola bilər

“Ermənistanın Gümrü şəhərində İran vətəndaşlarının intensiv şəkildə evləri kirayəyə götürməsi halları müşahidə edilir”.

Yenixeber.org: Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O vurğulayıb ki, bu məsələdə kifayət qədər müəmma var: “İran vətəndaşlarının Gümrüyə xüsusi marağının səbəbini araşdırmağa çalışdım. Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, onların bir qismi Rusiyaya qarşı casusluq ilə məşğuldurlar. Həmin evlərdən Rusiyanın 102-ci hərbi bazasi istiqamətindəki yol rahat müşahidə edilir. Odur ki, bu evlərdə yaşayan İran vətəndaşlarının Rusiya bazasına gətirilən və ya oradan çıxarılan maddi vəsaitləri izləyərək qeydə almaq imkanına malik olduqları şübhəsizdir.

Eyni mənbədən aldığım məlumata görə, İran xüsusi xidmət orqanlarının əməliyyatçıları Rusiya hərbçilərinə xidmət edən erməni qadınlarından casusluq aləti kimi istifadə edirlər.

Qısamüddətli maraq kəsişmələrinə baxmayaraq, İran Rusiyanı Qafqazda öz strateji rəqibi kimi görür. İranın xüsusi xidmət orqanlarının Gümrüdə fəallığı sistematik şəkildə həyata keçirilir və istisna olunmur ki, həmin qruplar tərəfindən yaxın zamanda Rusiyaya qarşı təxribatlar törədilə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam